Azərbaycan Ermənistana xəbərdarlıq etdi

2020/12/5ec06-1607852723.jpg
Oxunub: 4221     13:13     13 Dekabr 2020    
Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilib.

"Ermənistan tərəfi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış erməni silahlı dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən çəkinməlidir.

Azərbaycan Respublikası üçtərəfli bəyanatın müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün səylərini davam etdirir", - deyə məlumatda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin