İtaliya parlamentinin nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib

2020/12/90ff1-1607246495.jpg
Oxunub: 5765     13:02     06 Dekabr 2020    
Dekabrın 6-da İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.

Ordu.az xəbər verir ki, səfərin məqsədi nümayəndə heyətini Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklərlə tanış etmək olub. Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti Ağdam şəhərində ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Ağdam  


Bizi "telegram"da izləyin