Əsirlikdə olan Bayram Kərimov ailəsinə xəbər göndərib

2020/12/bayra-1607243963.jpg
Oxunub: 18930     12:17     06 Dekabr 2020    
Ermənistanda əsirlikdə olan Gəncə sakini Bayram Kərimov ailəsinə xəbər göndərib.

Ordu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında B. Kərimovun atası Yaşar Kərimov bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən Y. Kərimova bildirilib ki, B. Kərimova baş çəkiblər, səhhətində heç bir problem yoxdur. B. Kərimova atasının və həyat yoldaşının göndərdiyi məktub da çatdırılıb və o, məktubları oxuyub.

Bununla belə, B. Kərimov ailə üzvlərinə məktub yazmayıb, deyib ki, həyəcanlıdır, valideynlərinə və həyat yoldaşına sağ-salamat olduğunu çatdırsınlar.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən Y. Kərimova artıq B. Kərimovun oturmaqda çətinlik çəkmədiyi də bildirilib.

Yaşar Kərimov Beynəlxalq Qırmızı Xaç Komitəsinə oğlunun tezliklə əsirlikdən qaytarılmasını istədiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BQXK  


Bizi "telegram"da izləyin