Ordu.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onun ailəsi ilə yaşadığı ünvanda olub, yaşayış vəziyyəti ilə tanış olublar.
İmişli rayonu Muradallı kəndində qeydiyyatda olan Nahid həyat yoldaşı və körpə qızı ilə İmişli şəhərində kirayə evdə yaşayırlar. Həyat yoldaşı orta məktəbdə ibtidai sinif müəllimi işləyir, aylıq məvacibi 550 manatdır. Nahidin özü isə işsizir. Bunu nəzərə alaraq onun Diaqnostika Mərkəzində müalicəsi başa çatdıqdan sonra özünüməşğulluq proqramına cəlb olunması qərara alınıb. Bununla bağlı artıq sənədləşdirmə işləri aparılır. Evə qayıtdından sonra ona kiçik müəssisəsini yaratması üçün mal və materiallar formasında aktivlər veriləcək.
Ordu.az