Bəhreyndən Qarabağ bəyanatı

2020/10/43915-1601616668.jpg
Oxunub: 6447     09:15     02 Oktyabr 2020    
Bəhreyn Krallığının vəliəhdi şahzadə Salman bin Həməd Al Xəlifənin sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrə də münasibət bildirilib.

Ordu.az xəbər verir ki, iclasda “Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ regionunda gərginliyin və qarşıdurmanın azaldılması, regionda və dünyada təhlükəsizliyin və sabitliyin bərqərar olması məqsədilə ixtilafların beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində dialoq və siyasi həll yollarına müraciət edilməsi çağırışı” ifadə olunub.

Bəhreyn Krallığı Nazirlər Şurasının yuxarıda qeyd olunun bəyanatında münaqişə tərəflərinin hər ikisinə müraciət edilməsinə baxmayaraq, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

Bəhreyndən Qarabağ bəyanatı

2020/10/43915-1601616668.jpg
Oxunub: 6448     09:15     02 Oktyabr 2020    