Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.
Qeyd etdiyimiz kimi Ermənistan Müdafiə Nazirliyi hələ də real döyüş itkiləri barədə məlumatları gizlədir. Sosial şəbəkələrin erməni seqmenti Ermənistan MN-in mətbuat katibi Şuşan Stepanyanın yaydığı məlumata skeptik yanaşırlar və itkilərin açıqlanmamasına biganə qalmırlar.
Gün ərzində sosial şəbəkələrin erməni seqmentində yayılan həqiqi və real məlumatlarla sizləri tanış edəcəyik.
Qarabağ məsələsinin həlli birdir: Troya atı düsturu ilə Qarabağı qurban vermək. Əks təqdirdə İraq hekayəmiz olacaq.
Görünür gözləyirlər adam toplansın başlasınlar
Robert Köçəryan-Serj Sarkisyan diversantları 20 ildir fəaliyyət göstərirlər
Ukraynada yarım milyon erməni var, anti-erməni Zelenskiyə qarşı niyə nümayişlər etmirlər?
Yüksəklik mövqe oldu və utanmırsınız, Serjin yolu ilə gedirsiniz, həzm etməyəcəksiniz................
Diplomatların gediblər, yoxsa ölüblər? Yoxdurlar, tfuuuuu ,,,,
Ordunu müasir silahla silahlandırmaq üçün maliyyə dəstəyi nümayiş etdirin
Ukraynada bizim diplomatik korpusumuz pis işləyir, effektiv addımlar zəruridir, yatmayın.
Rus heç vaxt erməninin dostu olmayıb
Sərhəddə həmişə döyüşlər, yaralılar olub, bu var və həmişə də davam edəcək
Mən elə də başa düşmədim, niyə Azərbaycan beynəlxalq platformalara və imzalanmış müqavilələrə hesabat verməyə bilər, biz isə hesabat verməliyik?
Müharibənin nəticələri budur, bəziləri isə ruhlanmış şəkildə yeni ərazilər ələ keçirmək haqqında düşünürlər. Ağıla və diplomatiyaya malik olmaq, burundan bir metr uzağı görmək qabiliyyətinə sahib olmaq lazımdır. Nəinki Rusiyada, həmçinin başqa bir çox ölkələrdə ermənilər və azərbaycanlılar arasında toqquşma baş verir. Bu müharibə səbəbilə diasporda yaşayan bir çox ermənilər pis vəziyyətə, bəziləri isə təhlükəli vəziyyətə düşdülər. Bu qədər böyük diaspora malik olan ölkə hər bir addıma görə özünə hesabat verməlidir.
Yeni yalan düşünmüsünüz?
Narazılıqlar başlayır
Birtərəfli güzəştlər məqamını başa düşmədim
Yəni ikitərəfli güzəştə gedəcəksiniz?
Bizim millət nə zmaan başa düşəcək ki, dostları yoxdur, nə İran, nə Rusiya, nə ABŞ, nə də ... dost deyil, sadəcə tərəfdaşdır.
Bu gecə diqqətli olun, biz sizinləyik
Bizim ən böyük düşmənimiz rusdur
Bizim birinci düşmənimiz Rusiya hökumətidir
Yenə ruslar..... heç olmasa böyük-böyük danışanlar başa düşsünlər ki, Rusiyanın dəstəyi olmadan daha çox ölülərimiz və itkilərimiz olacaq((
Xainlərdən qurtulmaq lazımdır
Müharibələri dayandırın!!! Yetər!!! Cavanların ölümləri kifayətdir. Hər bir ana üçün dünyada öz uşağıdan baha şey yoxdur. Millətindən asılı olmayaraq. Müharibə aparmaq kifayətdir.! Hamının dinc və sakit yaşamasının zamanıdır!!!!
Talan talan talan talan talan nikol
Dünən axşam Yunanıstan xəbərləri dedi ki, Türkiyə Azərbaycana təyyarələr göndərib, ən azından bizim deputatlarımızın xəbəri var
Nikolun siyasətidir fürsətdən istifadə edərək qaranlıq işlər görür
Bizim əsgərlərimiz və ordumuz bu vəziyyətdədir, indi hamı mümkün hər şeyi etməlidir ki, müharibə olmasın, lakin əllərini büküb oturublar
İki ildir hər şeydən istifadə edirlər, tənqid edirlər və əsaslandırırlar, artıq nə baş nazirə, nə də komandasına inanmırıq.
Bu gərgin vəziyyətdə belə bu hakimiyyət daxili düşmənlər axtarır və əsassız havada mübarizə aparır
Görəsən bu müharibə nə zaman bitəcək və bütün planetə sülh enəcək?
Yenidən itki, yenidən 2 qara geyimli ana
Bəs deyirdiniz ölülərimiz yoxdur, siz necə insanlarsınız?
Bəsdir bir-birinizin ətini yediniz, ağızlarınızı bağlayın, heç olmasa indi
Ön xətdə vəziyyət gərgindir. Erməni ordusunun böyük itkiləri var. Vətəni xilas etmək üçün səfərbərlik elan olunur. Orduda xidmət edə bilməyən şəxslərdən xahiş edirəm ki, tibb müəssisələrində qan versinlər.
Gedin Bakıya, sizi orada qəhrəman adı ilə gözləyirlər, vətənsiz təxribatçılar
Xain axmaqlar uzaqlaşın
Nədir, ərazilər verməlidir ki, müharibə olmasın...?
Bu gecə atışmalar olub
Yenidən ağrı və acı...
Nə qədər olar... Bu oğlanın yerinə müharibəni təhrik edən olmalı idi... Ürəyim parça-parça olur...
Yanına gedib ki, Azərbaycanı dəstəkləyin desin

Mən müharibəni sevmirəm, ancaq bunlara son verilməlidir, başqa yol yoxdur.
2016-cı ilin aprelində nəinki KTMT var idi, hələ sədrlik də bizim idi, o, bizim üçün nə etdi ki, indi etsin və ya etməsin? Yaxud erməni üçün taleyüklü anda hansı ölkə dəstək dayanıb ki, indi dayansın? 1915, 1921, 1988, 2016... və indi. Erməni ümidini öz üzərinə qoymalıdır.
Buna sual verin 2016-cı ildə KTMT nə etdi?
Asya Kazaryan - Bizim Azərbaycanda əsir düşmüş vətəndaşımız var?
Sergey Culakyan - Bəli
Müxalifət öz cəfəngiyatları ilə bizim ordumuzun düşmənidir
Ermənistanda ciddi və diplomatik XİN yoxdur, politoloq Manuk Sukiasyanın müsahibələrini dinləyin....
Xəbər gözləyərək öldük, gecə necə keçib?
Kazarmanın üzərinə bomba atmaq xəbərini yenə təkzib edin
Nəyi gözləyirik?
Üzünə tüpürüm, bizim "güclü" baş nazirimiz, zombilərin fəxri
Hiss etmirsiniz ki, bu zərbələr Ermənistan istiqamətində yönəlib....
Genişmiqyaslı hücumları alovlandırırlar.....
Bu gün gecə atışmalardan sonra yaralılar var?
Naxçıvan tərəfindən atışmalar narahatverici deyil?
Əsirlər məsələsində hansı addımları atırsınız?
KTMT qoy özü özünə kömək etsin. Bu struktur böyük bir məzardır. Perspektivsiz bir şey
Deyirdilər bizim kazarmamızı vurublar, bir sual verin bu, düzdür?
Səfəri təxirə sala bilməzdi? Ölkə bu vəziyyətdədir. Bəs maska haradadır
"Mənim dostum ölüb, siz isə zarafat edirsiniz"
Lavrov can, bəs KTMT haradadır, nə üçündür?
KTMT-dən heç bir bəyanat eşidilmir, bunun mənası nədir?
Çox ağrılıdır ki, öyrənirsən gənc oğlanlar ölüblər.. həqiqətən ağrılıdır...
Bütün bunları görmək, oxumaq və başa düşmək çox ağrılıdır. Allah ruhlarınızı işıqlandırsın
Bəs bizim ruslardan nə var? Bizi dəstəkləmirlər
Niyə Azərbaycanı təhrik etmək, sonra aqressiya haqqında danışmaq?
Fərari vətənpərvər, bu, bizim tariximizdə görünməmiş bir şeydir
Ehhhh, necə insanlar itiririk, ruhuna rahatlıq
Hazır olmalıyıq, onlar hələ dincəlməyəcəklər
Yaxşı, yenə?
Nə deyim bilmirəm. Qorxuncdur
Hər şeyi çox düz deyirsiniz. Nikol məsuliyyətə cəlb olunmalıdır
Əliyevdən nə qədər pul alırsınız ki, onun xeyrinə işləyirsiniz?
Paşinyan xalqımızı silmək istəyir. Onun yeganə məqsədi budur
Ermənistan-Azərbaycan münaqişəsinin istənilən inkişafları halında heç bir KTMT qoşunları..... bu, Qarabağın işğalı olacaq.......... bundan əlavə bu, bizə şərəf gətirmir.........
Bu döyüşlər nə üçündür?
KTMT bizə kömək etmirsə, nəyimizə lazımdır?
Bu adam bizim fəaliyyətlərimizi "faşist Almaniyasının SSRİ üzərinə hücumu ilə" müqayisə etdi
Bu şərh Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinə ünvanlanıb.
Açıqca deyildi ki, külək hansı tərəfdən əsir, kömək etmirsiniz (xahiş edən də olmayıb), bir də mane olun, sizdən heç bir xeyir olmayacaq, təhlillərinizi də "bəzilərinin" qulağına pıçıldayın.
Bu şərh KTMT ilə bağlı paylaşılan xəbərin altına yazılıb.
İndi isə narahatçılıq var, bir şey edin
Bir dənə ağacla KTMT-ni vurun. Əgər hərəkət etmirsə, deməli ölüb.
Bu çaqqaldan nə ali baş komandan.
(Paşinyanı nəzərdə tutur)
Vətən xainlərini ön xəttə göndərmək???? Vay bizə və bizim ölkəyə ki, bunlar ön xəttdə olacaqlar!!!
Apreldə artıq 2-ci gün qoşun ac-susuz idi. Silahımız olmadığını hesablamasaq
Nikolu həbs edin!!!!!!!!!!!!
İtkilər haqqında niyə danışmırsınız?
Yeni hücuma hazırlaşırlar
Bəs deyirdiniz itkilərimiz yoxdur?
Yaralılar başqasının torpağında nə edirdilər? Cəhənnəmə getmək istədim.
Bəs deyirdilər itkiniz yoxdur? Az-az ortaya çıxır. Neçə itkiniz var, niyə konkret açıqlamırsınız?
Yenə itki, yenə ruh ağrısı və təəssüf...
Bəs deyirdilər itkilər yoxdur, düzgün olanı yazın, demək gizlətməkdən daha yaxşıdır, ağrılıdır
Siz həqiqətən ələ salırsınız? Türk sərhədyanı kəndlərimizi bombardman edir (yenə də o azmış türk), bizim artıq 2 itkimiz var və baş nazirin səhifəsinə daxil olursan, görürsən nə? ........ Ermənistanı yeni formada quraq ........
Cənab baş nazir, bu çətin anda sizin səhifənizdə sərhəddəki vəziyyət haqqında danışmağımı istəmirsiniz? Sizin səssizliyinizi başa düşmürəm, bizim Berd şəhərimizə məhz indi atəş açırlar, siz isə susursunuz, bu nə deməkdir?
Aren Xarazyan - Hamımıza başsağlığı verirəm, bütün şəhidlərə əbədi şöhrət
Bur Haxverdyan - Vaxxx, təəssüf, təəssüf edirəm
Vanik Nikoyan - Vay, təəssüf edirəm, ağrı böyükdür
Xahiş edirik, yenidən bir şey edin, bu vəziyyət dəhşətlidir
Bənzər axmaq başlıqları yazmazdan əvvəl xatırlayın ki, nə qədər əsgərin valideyni ürəyində ah xəbərləri izləyir, bir az adam olun
Zara Şaryan - Siz Berd şəhərinə və ya kəndlərə gəlin, görün evakuasiya olub yoxsa yox
Alvina Makaryan - İnsanlar könüllü olaraq ərazidən uzaqlaşıblar, bu, evakuasiya adlanmır
Kima Yeğşatyan - Təəssüf, daha 2-si artdı
Tatevik Qaribyan - Çətin zamanlar yaşayırıq...
Bir məsələ, odnoklasnikdə video yayıblar ki, azərbaycanlılar bizim postlarımızı götürüblər, bizim erməni nömrəli uazı və əsgərlərimizin meyitlərini çəkiblər, indi nəyə inanaq bilmirik
Ay fahişə oğlu, sən Ermənistanın baş nazirisən, yoxsa Azərbaycanın vəkilisən?
Hansı müharibədə itkilər veririk? Bəs dünən müharibənin başlamasına və genişlənməsinə görə sevinirdiniz, bilmirdiniz?
Yenə itki, yenə ruh ağrısı və təəssüf...
Nikolosa deyin Əliyevə zəng etsin
Yeni Ermənistan yoxdur, Tumanyan bu Ermənistanı dəqiq görmək istəməzdi
Xalq can, doğru yazılıb, hazırda Berd şəhərini bombardman edirlər, mənim yaxınlarım da oradadırlar
Necə təşviş yoxdur?
Səsləri dəhşətlidir
Berd şəhərini vururlarsa, necə sakitdir? Orada məhz indi çox pis vəziyyət var
Yaxşı, bir daha xahiş edirəm, bitirin
Yaxşı, nə qədər? Bu uşaqların gənc həyatı hesabına gic-gic müharibə etmək nə qədər olar? Bizim sağ oğlanlarımız qurban gedirlər, normal bir qərar qəbul edin, bu kasıb valideynlər uşaq saxlasınlar və türkə qurban versinlər? Hər dəfə gördükdə adamın ürəyi partlayır
Qoy əvvəlcə Ohanyan Aprel müharibəsinin nəticələrinə görə cavab versin
Təsəvvür etmir ki, dayandırsalar, əsgərlərin vəziyyəti necə olacaq
(Bu şərh Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyanın müharibəni dayandırmaqla bağlı çağırışına yazılıb)
Növbə ilə deyirsiniz? Sonra neçəsi olacaq?
Bəs deyirdiniz müddətli əsgərlər uzaqdadırlar?
Bəs "strateji tərəfdaş"ın addımlarını nə zamansa görəcəyik?
Cənab vilayət rəhbəri, indi də atəş açırlar, siz deyirsiniz sakitdir...
Gecə sakit ola bilər, bu an haqqında danışın ki, hansı pis vəziyyət var.
Paşinyan, indi müharibə vəziyyəti təhlükəsi var, siz bu qədərini başa düşürsünüz? Bu nədir edirsiniz? İndi bizim əsgərlərimizin valideynləri ürəklərində qorxu divarları qaşıyırlar, yaxşı, siz utanmırsınız?
Berd şəhərini vururlarsa, necə sakitdir? Orada məhz indi çox pis vəziyyət var.
Lavrov, türk haqqında fikirləşirsən?
Tərəflərə hə? Və bu tərəflərdən biri də KTMT üzvü. Sonra təəccüblənirlər ki, anti-rus əhval-ruhiyyələri haradan gəlir.
Rus türkdən heç bir şeylə fərqlənmir. Müharibədə türkləri dəstəkləsələr, təəccüblənməyəcəm((
İstifadəçilərdən biri Paşinyanın paylaşımında onun hakimyyətdən getməsini tələb edib: Sən görmürsən ki, səndən artıq iyrənirik? Qoy Allah bizim əsgərlərimizə mühafizəçi olsun, sənin isə rədd olmağının artıq zamanıdır
Daxili düşməndən ehtiyatlı. Arxadan vura bilərlər.
Pah, pah bizim güclü Nikol
Bəsdir maska arxasında gizləndiniz
Xüsusi ağrı çəkənlər üçün xatırlayın, heç vaxt unutmayın ki, dünyada 2016-cı il, aprel ayı olub.
Əslində azərbaycanlılar heç də qoyun deyillər. Əksinə fürsətdən yaxşı istifadə edirlər.
Günahsız uşaqları atəş qabağına atırsınız.
Təxribatçı erməni istifadəçilər 2016-cı ilin Aprel döyüşlərinə məxsus görüntüləri yeni kadrlar kimi təqdim etməyə çalışır.
Deyirlər 28 əsgər ölüb
Siz insanları aldadırsınız, mənim qohumum orada xidmət edir, bizim 30-dan çox itkimiz var
Bəs niyə bizim itkilərimiz barədə heç bir şey demirlər? Gizlədin, gizlədin və xalqı aldadın.
Bəs bizim sevimli Rusiyamız haradadır? Xatırlatmaq lazımdır ki, biz KTMT-nin üzvüyük
Siz azərbaycanlılardan betər yanlış məlumat yayırsınız
UAZ-ın içində partlayıcı maddə ola və pis sonlana bilərdi. Bu qədər irəli gəlmək nə üçündür?
Səhər saat 10 radələrində zəlzələ hiss etdik, günortaya yaxın da atışmalar başladı.
Nikol, bir əsgərin tükü əyilsə cavab verəcəksən
Onlar daha güclü zərbəyə hazırlaşırlar. Bununla sadəcə sayıqlığı yoxlayırlar.
Azərbaycan tərəfi çox doğru zamanda Ermənistana hücum etdi. Mən də Əliyevin yerində olsaydım eyni şeyi edərdim.
Valya Ştoyan - 1 mülki vətəndaşımız yaralanıb? Davit Torosyan - mənbə varmı? Kəndlərə atəş edilmir, mövqelər arası mübarizə gedir
Əgər varsa yaralılar və vəziyyət barədə niyə məlumat verilmir?
Torosyan - indiki məqamda yaralı yoxdur ən azı yarım saat əvvəl olan məlumata görə hospitala aparılmış yaralı yoxdur.
"Miasin" adlı "Facebook" istifadəçisi olan keşiş də bildirib ki, yaşayış məntəqələrində əhali arasında problem yoxdur, yaşayış məntəqələri atəşə tutulmayıb.
Qayane Stepanyan - Onlar tərədən 1 hərbi qulluqçu ölüb
Van Vah - Təəssüf ki,.... bizim də yaralılarımız var

Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Sosial-şəbəkə