Ermənistanın sabiq Müdafiə naziri büdcədənkənar böyük xərclər edib?

2018/05/5545_1525884067.jpg
Oxunub: 692     20:31     18 Oktyabr 2019    
Ermənistan hüquq mühafizə orqanlarını keçmiş Müdafiə naziri Vigen Sarkisyanı ittiham etmək üçün kifayət qədər sübutlara malikdir. İstintaq Komitəsi sentyabrın 25-də Sarkisyanın rəsmi səlahiyyətlərini aşmasına dair ittiham irəli sürülmüəsi üçün kifayət qədər dəlil olduğuna dair bir açıqlama yayıb.

Cinayət işi 2018-ci ilin yanvar ayında İrəvan şəhər Q.Hasratyan küçəsinin 25/6 ünvanında çoxmənzilli binanın mənzillərinin paylanması ilə bağlı olub. Bu mənzillərin paylanması qanun pozuntuları ilə müşayiət olunub. Onun, Mərkəzi Mənzil Komissiyası ilə hesablaşmadığı və 29 mənzilin paylanılması ilə bağlı qərar qəbul etdiyi barədə İstintaq orqanında məlumatlar var. Bu mənzillər əsasən komandir heyəti təmsilçilərinə verilməklə, növbə gözləyənləri prosesdən kənar tutub.

Keçmiş nazir indiyədək bu iddiaları cavablandırmayıb, kimə və hansı şərtlərlə mənzil verdiyini açıqlamayıb. O, “Facebook” səhifəsində sadəcə belə bir məlumatın rəsmi şəkildə yayımlanmasının “ən azı bütün əxlaq və xeyirxahlıq qaydalarını kobud şəkildə pozduğunu” qeyd edib.

Hazırda Vigen Sarkisyan təqsirləndirilən şəxs qismində cəlb edilmir. Bunu İstintaq Komitəsinin mətbuat katibi Naira Harutyunyan deyib. Bununla yanaşı, hüquq-mühafizə orqanları büdcədənkənar vəsaitlərin xərclənməsində korrupsiya hallarını aşkar edib.

Əslində, Vigen Sarkisyan işlədiyi müddətdə Ermənistan MN-in ictimaiyyətlə əlaqələrə cavabdeh bölmələri vasitəsi ilə dəfələrlə böyük məbləğlər silib. Bu vəsaitlər müxtəlif tədbirlərin təşkilinə xərclənib. Rəsmi olaraq bu qurum hər hansı bir mövzuya dair hesabat vermir.

Bildirilir ki, məsələn, 2017-ci ilin aprel ayında İdman və Konsert Kompleksində hərbi təhsil problemlərinə həsr edilmiş “Xalq-Ordu-2017” konfransı keçirildi. Konfransın və sərginin təşkilinə təxminən 40-50 milyon dram büdcədənkənar vəsait xərcləndi. Bu vəsait Ermənistan MN-in İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi vasitəsi ilə silinib. Eyni miqdarda pul vəsaiti hərbi təhsil müəssisələrini bitirən məzunların buraxılış tədbirlərinə xərclənib.

Jurnalislər informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qevorq Altunyan ilə əlaqə yarada bilməyib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyandan, hüquq-mühafizə orqanları tərəfindən bu cür araşdırmaların olub-olmadığını və hər hansı bir vəsaitin mətbuat bölmələri vasitəsilə silindiyinə dair məlumatlı olub-olmadığına dair sual verilib. O isə cavabında qeyd edib ki, belə bir şey bilmir.

Məlumata görə, media vasitəsilə belə bir şeyin baş verməsi çətindir. Lakin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat verir ki, bu şöbə vasitəsilə müxtəlif tədbirlər təşkil olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Vigen-Sarkisyan   Korrupsiya   Ordu  

Ermənistanın sabiq Müdafiə naziri büdcədənkənar böyük xərclər edib?

2018/05/5545_1525884067.jpg
Oxunub: 693     20:31     18 Oktyabr 2019    