ABŞ Polşada hərbi baza yerləşdirməkdə israrlıdır

2026/06/1782671340.jpg
Oxunub: 200     22:02     28 İyun 2026    
Polşa və ABŞ Amerika hərbi bazasının yerləşdirilməsi ilə bağlı danışıqların növbəti mərhələsinə keçiblər.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış "X" sosial şəbəkədə hesabında məlumat verib.

Onun sözlərinə görə, ölkə vətəndaşlarının təxminən 60%-i Polşada daimi Amerika bazasının yaradılmasını dəstəkləyir: "Pentaqon hazırda sonrakı qərarlar üçün əsas təşkil edəcək qüvvələrin nəzərdən keçirilməsini həyata keçirir".

Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk hökumətin ölkə ərazisində daimi ABŞ hərbi bazasının yaradılması üçün şərtləri hazırlamaq məqsədilə qətnamə qəbul edəcəyini açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Polşa  


Bizi "telegram"da izləyin