“Əgər “Sasna Tsrer” və ya Paşinyan mənə qarşı güc tətbiq etməyə cəhd etsə, layiqli cavab alacaqlar” – Balasanyan

2019/05/0-=0--1557743700.jpg
Oxunub: 896     10:43     16 Oktyabr 2019    
“Elə bir ölkə yoxdur ki, terrorçuları təhdid etməsin. Mən də onlardan kənarda qalmaq istəmirəm, mən bütün terrorçuları təhdid edirəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu dünən mətbuat konfransı zamanı Vitali Balasanyan “Sasna Tsrer” qruplaşması haqqında danışarkən bildirib.

Balasanyan mətbuat konfransı zamanı 2016-cı ildə İrəvanda Polis Post-Patrul alayında baş vermiş bir hadisəni xatırladıb. Balasanyanın sözlərinə görə, o günlərdə Polis Post-Patrul alayına girəndə polis polkovniki Artur Vanoyanın harada öldüyünü bilmək istəyib. Balasanyana bir neçə metr radiusla qan olan bir yer göstərilib. Balasanyan hesab edib ki, Vanoyan ölümündən bir neçə saat əvvəl qan içində olub.

“Əgər “Sasna Tsrer” və ya Nikol Paşinyan mənə və ya Qarabağ hakimiyyətinə qarşı güc tətbiq etməyə cəhd etsə, əks və layiqli cavab alacaqlar”, - deyə Balasanyan bildirib.

Balasanyan, həmçinin Aprel döyüşləri vaxtı silah olmamasına görə hərbi qulluqçuların bellərlə mübarizə aparması haqqında xəbərləri də şərh edib.

O bildirib ki, Aprel döyüşləri vaxtı güllə olmaması haqqında məlumatlar həqiqətə uyğun deyil.

Həmin günlərdə 18-20 yaşlı oğlanların mübarizə aparması ilə bağlı verilən suala Balasanyan cavab veribki, bəs onların komandirləri olmayıb?

“Bu dəyər sistemini də məhv edirsiniz. Bəs bu, xəyanət deyil? İstənilən döyüş əməliyyatları, xüsusilə də mövqe hərəkətləri zamanı boşluqlar olur”, - deyə o qeyd edib.

Balasanyan mətbut konfransı zamanı Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” bəyanatını da şərh edib.

“Gedin, cəbhə xəttinə baxın. Paşinyanın hakimiyyətə gəlməsindən sonra biz fərdlər, qruplar və partiyalar gördük. Onlar zaman-zaman bildirirdilər ki, Qarabağ Ermənistanın vilayətidir, Paşinyan isə avqustun 5-də “Qarabağ Ermənistandır, vəssalam” bəyanatını verdi. O, bununla görünür demək istəyib ki, sizin ümumi rəhbəriniz mənəm. Nikol Paşinyan olduqca pis səhv edib. Bu, siyasətdə norma deyil. Bu, təhlükəlidir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Balasanyan   Sasna-Tsrer   Terror  

“Əgər “Sasna Tsrer” və ya Paşinyan mənə qarşı güc tətbiq etməyə cəhd etsə, layiqli cavab alacaqlar” – Balasanyan

2019/05/0-=0--1557743700.jpg
Oxunub: 897     10:43     16 Oktyabr 2019    