Paşinyanın Putinə gözlənilməz zəngi - Bir günə nələr dəyişdi ki?

2019/10/00-45-1571037880.jpg
Oxunub: 25745     11:29     14 Oktyabr 2019    
Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iki ölkə rəhbəri arasında Suriyanın şimalında yaranmış vəziyyət müzakirə olunub.

Danışıq zamanı, həmçinin regional əhəmiyyətə malik olan digər məsələlərə də toxunulub.

Telefon danışığı gözlənilməz olub, çünki iki ölkə rəhbəri bir neçə gün bundan öncə görüşüblər və həmin vaxt qarşılıqlı maraq kəsb edən bütün məsələləri müzakirə edə bilərdilər.

Hökumətin rəsmi bildirişində qeyd edilməməsinə baxmayaraq ehtimal edilir ki, telefon danışığı İrəvanın təşəbbüsü ilə baş tutub, çünki Putin Suriya məsələsini daha maraqlı ölkələrlə, o cümlədən də Ərdoğanla müzakirə edə bilərdi. Böyük ehtimalla, Putin telefon danışığı zamanı Ermənistan hakimiyyətinin Türkiyənin əməliyyatları ilə bağlı səs-küyünün yersiz olduğunu bildirib və anti-Türkiyə kampaniyasının dayandılmasını tələb edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Putin   Suriya  


Bizi "telegram"da izləyin