Ordu.az xəbər verir ki, bu Ermənistanın “Past” qəzetində çap olunan məqalədə qeyd olunur.
Məlumata görə, Ermənistan hakimiyyəti özü üçün bir neçə istiqamətlərdə dəyişikliklərə əvvəlcədən hazırlaşmağa başlayıb. Bu, bütün mümkün riskli variantlardan qaçmaq və onlara hazırlıqlı olmaq üçün nəzərdə tutulub.
Qeyd olunur ki, Paşinyan özü üçün “ehtiyat” qüvvə yaratmağa başlayıb. Bu, reytinqin geridönməz şəkildə azalması və mümkün kəskin dəyişikliklər zamanı özü üçün qalxan olacaq.
“Ermənistan parlamentində olduğu kimi, hakimiyyətin yürütdüyü “yumşaq” metodlara və “məxməri” siyasətə qarşı olan parlamentdənkənar qüvvələr və müxtəlif zamanlarda siyasi rəqib hesab edilən şəxslərin yaxın zamanda vahid qüvvədə birləşəcəyi istisna olunmur”, - deyə qəzet yazır.
Alpər Mövludoğlu
Ordu.az