Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sıravi əsgərlərdən tutumuş zabit heyətinə qədər bütün düşmən hərbi qulluqçuları, xüsusilə toqquşma nöqtələrində olan şəxslər dindirilməyə cəlb olunacaq.
Bu vaxta qədər istintaqa Ermənistan Müdafiə Nazirliyi Operativ İdarə rəisinin müavinləri dəvət olunub.
Xatırladaq ki, Aprel döyüşlərini araşdıran müvəqqəti komissiyanın səlahiyyətlərini Ermənistan parlamentinin Müdafiə Komissiyası həyata keçirir və qapalı iclaslar təşkil edir.
Alpər Mövludoğlu
Ordu.az