Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qəzaya səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.
Qeyd olunur ki, 35 NA 908 nömrəli avtomobillə hərəkət zolağından çıxaraq Üçmüədzin şəhər Andranik məshəlləsi 98/1 ünvanında yerləşən evin beton divarına çırpılıb.
Baş vermiş qəza nəticəsində “ZİL” markalı avtomobilin sürücüsü M. Saribek ölüb, onun sərnişinləri - Üçmüədzin şəhər sakinləri, 31 yaşlı S. Daniel və 17 yaşlı S. Davit isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Vağarşapat” tibb mərkəzinə yerləşdirilib.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.
Məlumata görə, yaralılardan S. Daniel Polis Qoşunlarının “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.
Alpər Mövludoğlu
Ordu.az