Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin nümayəndəsi bildirib.
Hərbçinin meyiti Muş məhəlləsində 32 saylı mənzildə aşkarlanıb.
Məlumata görə, çavuş Aleksandr Babuşkin müqavilə əsasında 102 saylı hərbi bazada xidmət edirmiş.
Hadisə yerinə gəlmiş həkim meyiti yoxladıqdan sonra onun üz, sağ əl və sağ ayaq hissələrində cızıqlar aşkarlayıb.
Faktla bağlı Şirak Regional İstintaq İdarəsinin müstəntiqinin qərarı ilə məhkəmə ekspertizası təyin olunub.
Alpər Mövludoğlu
Ordu.az