Türkiyənin Xarici İşlər Nazirlindən AzərTAc-a verilən açıqlamada bildirilib ki, Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüquq və BMT-nin qətnamələri çərçivəsində, sülh şəraitində və ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində həll edilməsini dəstəkləyir.
Qeyd olunub ki, Türkiyə tərəfi Ermənistanın qanunsuz olaraq işğal etdiyi Dağlıq Qarabağ bölgəsində 2019-cu ilin 8 sentyabr tarixində keçirilən “yerli özünüidarəetmə seçkilərini” tanımır: "Ermənistanın beynəlxalq hüquqa zidd olan status-kvonu saxlamaq cəhdləri keçmişdə olduğu kimi, bu gün də qəbul edilməzdir və bütün bunların sülh danışıqlarına fayda verməyəcəyini açıq şəkildə ifadə edirik".
Ordu.az