Şəhid övladlarına hədiyyələr verilib - FOTOLAR

2019/09/15682-3136404568.jpg
Oxunub: 338     15:22     11 Sentyabr 2019    
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini yad ediblər.

Nazirlikdən Ordu.az-a verilən məlumata görə, Bakıda yaşayan şəhid ailələri ziyarət edilərək, şəhidlərin məktəbli övladlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.

Nazirliyin və İctimai Birliyin nümayəndələri məktəbliləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara dərslərində uğurlar diləyiblər. Şəhid ailələri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bölgələrdə yaşayan şəhid övladlarına isə hədiyyələr “Azərpoçt” MMC tərəfindən çatdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şəhid-övladları   Bilik-Günü  

Şəhid övladlarına hədiyyələr verilib - FOTOLAR

2019/09/15682-3136404568.jpg
Oxunub: 339     15:22     11 Sentyabr 2019    