Erməni siyasi ekspert: “Paşinyanın ABŞ səfərinin çox siyasi təsiri olmaya bilər”

2019/09/00-74-1568193323.jpg
Oxunub: 319     13:43     11 Sentyabr 2019    
“Paşinyanın BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək məqsədi ilə həyata keçirilən bu səfərinin çox siyasi təsiri olmaya bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Erməni siyasi ekspert Aram Armatuni bildirib.

Onun sözlərinə görə, Ermənistan-ABŞ siyasi münasibətləri kontekstində əsas problem göründüyündən də daha genişdir.

“NATO üzvü olan Türkiyənin Qafqazdakı xüsusi rolunu və maraqlarını, Ermənistanla müxtəlif əlaqələri olan Rusiyanı, ABŞ-la qarşıdurmada olan və problemlər yaşayan İranı, eyni zamanda Ermənistan üçün İranın əhəmiyyətini və digər kifayət qədər incə problemləri və məqamları nəzərə alsaq, bu proses olduqca mürəkkəbdir”, - deyə Armatuni bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   ABŞ   Böhran  

Erməni siyasi ekspert: “Paşinyanın ABŞ səfərinin çox siyasi təsiri olmaya bilər”

2019/09/00-74-1568193323.jpg
Oxunub: 320     13:43     11 Sentyabr 2019    