Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı Gürcüstan və ABŞ arasında hərbi əməkdaşlığın gücləndirilməsi, Gürcüstanın müdafiə qabiliyyətinin inkişaf etdirilməsi kimi məsələlərlə bağlı danışıqlar aparılıb.
Bundan başqa, Gürcüstanın Müdafiə nazirinin ABŞ-a yaxın gələcəkdə planlaşdırılan səfəri çərçivəsində imzalanacaq müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında çərçivə sazişinin yenilənməsi məsələsi də müzakirə olunub.
Sevinc Əliyeva
Ordu.az