Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müvafiq orqanlar cəld şəkildə xəbəri təkzib ediblər.
Lakin Ermənistan kiçik ölkədir və həqiqi olan bu kimi məlumatlar erməni mətbuatında tez yayılır.
Erməni mətbuatı yazır ki, təkcə Vanetsyan yox, demək olar hökumətin bütün üzvləri müntəzəm olaraq ərizələr yazırlar, lakin Paşinyan, bəzən də müraciət edənlərin özləri tərəfindən bu ərizələr cırılır. Bu kimi müraciətləri həm Paşinyanın müavinləri, həm nazirlər, həm də bələdiyyə başçıları yazıblar.
Qeyd edilir ki, Paşinyanla işləmək asan deyil, o, əsəbidir, hirsli vəziyyətdə insanı təhqir edə və “ərizəni yaz, get” deyə bilər. Sonra sakitləşir, bəzən peşman olur, lakin müraciət edənlər bu davranışı ağır qəbul edirlər və uzaqlaşmağa çalışırlar.
Alpər Mövludoğlu
Ordu.az