Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Samvel Babayanın “B” planına qarşı Ermənistanın hakimiyyətinin öz proqramı var.
Məlumata görə, Ermənistan parlamentinin konstitusiya dəyişikliklərinə dair təklifi ali məhkəmə tərəfindən rədd edilərsə və vəd etdiyi növbəti addıma, yəni küçə üsyanına əl atarsa, onun həbs ediləcəyi istisna olunmur.
“Babayanın üzərinə konstitusiya quruluşunun ləğv edilməsinə cəhd etməkdən başlayaraq, keçmişdəki müəyyən əməllərinədək minlərlə maddə yükləmək olar” - deyə adı açıqlanmayan mənbə bildirib.
İlkin məlumata görə, Babayanın komandası iyulun 28-də qurultay keçirilməsini planlaşdırır.
Alpər Mövludoğlu
Ordu.az