“Dəmir pələng”lərin yarışına hazırlıq, döyüşə bərabər təlimdən qalib qayıtmaq eşqində olanlar…

2019/07/67251-1563613062.jpg
Oxunub: 1646     12:22     20 İyul 2019    
Boz təpələrin arası ilə burulub gah gözdən itən, gah da uzaqdan ağaran yollar bizi Qaraheybət hərbi təlim poliqonuna gətirib çıxarır. Maşından düşər-düşməz dəmir pələnglərin “nəriltisi” qarşılayır qrupumuzu. Tanklar təlim keçir. Heyətlərdən bəziləri ümumi taktiki-döyüş hazırlığı ilə məşğuldur, bəziləri texnikanın mexaniki idarətməsini daha dərindən mənimsəyir, bəziləri isə tanklara texniki xidmətin və ya döyüşdə zədələndiyi vaxt onu yenidən necə işlək hala gətirməyin yollarını öyrənir. Bir qrup tankçı isə bütünlüklə tankın və tankçılığın sirrlərinə tam yiyəylənmək üçün praktik olaraq dayanmadan məşq edir. Onlar ölkəmizi dünya tankçılarının səsli-küylü yarışlarından olan “Tank biatlonu”nda təmsil edəcəklər.

Artıq 7-ci dəfədir Rusiyada “Tank biatlonu” adı altında yarışlar keçirilir. Azərbaycan tankçıları hər il bu yarışlara qatıılır və yüksək nəticələr əldə edirlər. Bu il də Moskvada “Ordu-2019” adı altında keçirilən biatlonda Azərbaycan Silahlı Qüvvələrinin tankçıları birinci yeri qazanmaq üçün öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Bütün hallarda, təlimlərə həm fiziki, həm mənəvi, həm də təcrübə baxımından hazırlıqlı getmək gərəkdir. Ona görə də Azərbaycan Silahlı Qüvvələrini təmsil edəcək tank heyətləri hər gün ciddi şəkildə məşq edir, yarışlarda tətbiq olunan normativlərin vaxtında və düzgün yerinə yetirilməsini vərdişə çevirmək üçün yorulmadan çalışırlar. Tankçılarımızın yarışlarda iştirakı üçün təminat və təchizat məsələləri tam həll olunub. “Tank biatlonu”na yüksək hazırlıqlı, hər biri üç nəfərdən ibarət dörd heyət seçilib. Onlardan üçü əsas, biri isə ehtiyat heyətdir. İki heyət əvvəlki yarışlarda iştirak edib və yaxşı nəticələrlə Vətənə dönüb.

Hazırlıq prosesləri Müdafiə nazirinin, Baş Qərargahın, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş idarəsinin, həmçinin digər aidiyyəti üzrə xidmət rəislərinin tam nəzarətindədir.
“Ordu-2019” adı altındakı “Tank biatlonu” bu il avqustun 3-dən 17-dək Moskvanın Alabino poliqonunda reallaşdırılacaq. Yarışlarda keçən il Avropa, Asiya, Afrika və Latın Amerikasından 23 ölkə iştirak ediib. Bu il isə Azərbaycan daxil olmaqla, 22 ölkənin dəmir döyüşçüləri bu yarışlarda öz ölkəsini təmsil edəcək. Biatlonda Rusiya, Belarus, İran, Küveyt, Çin Qazaxıstan, Venesuela, Vyetnam, Zimbabve, , Qırğızıstan, Kuba, Laos, Monqolustan, Myanma, , Serbiya, Suriya, Uqanda, Özbəkistan, Şri-Lanka və Cənubi Afrika hərbiçiləri öz bacarıqlarını ortaya qoyacaqlar. Ermənilər də bu yarışlarda iştirak edəcək.

Ötən yarışlarda mənfur qonşularımız nəticələrinə görə tankçılarımızdan xeyli geridə qalıblar. Bu ilki təlimlərdə də uğurlu göstəricilərə imza atmaq üçün yorulmadan məşq edən dəmir döyüşçülərimiz Vətənə yarışların qalibi kimi dönməyi məqsəd qoyublar qarşılarına.

İştirak edən ölkələrin komandaları döyüş meydanda səmtlənmə, sürücülük, dəqiq atəşaçma və atəşi idarəetmə üzrə bacarıqlarını nümayiş etdirəcəklər. Yarışlarda Belarus tankçıları 72BME, Çinlilər “Type-96B”, qalan 20 ölkənin hərbiçiləri isə Rusiyanın T-72B3 tankları ilə təbii və süni maneələr, döyüş zolaqları, atıcılıq sahələri mövcud olan marşrutlarda yarışacaqlar. Biatlon fərdi sürət yarışı, yarımfinal və final mərhələlərindən ibarətdir. Qaydalara görə, daha çox yaxşı nəticə əldə edən beş heyət bir qrupda, digərləri isə başqa qruplarda finala çıxmaq uğrunda mübarizə aparır.

“Ordu-2019” yarışlarının Azərbaycan tərəfindən hakimi, Müdafiə Nazirliyinin Zirehli Tank Xidmətinin sabiq, hazırda isə Təlim Tədris Mərkəzinin rəisi, “Tank biatlonu” üzrə mütəxəssis polkovnik Sakit Verdiyev yarışlara qatılacaq tank heyətlərinə tövsiyyələr verir: “Zəif və ya güclü tankdan çox heyətin hazırlıqlı və peşəkarlığı daha vacibdir”.

Polkovnik məşq edən tankçılara yarışların təşkilatçısı olan ruslar tərəfindən yol verilən müəyyən ədalətsiz işləri və belə məqamlarda necə hərəkət etməklə uğur qazanmağın yollarını izah edir: “Yarışlarda iştirakçılara təqdim edilən tankların hamısı “T-72 B3” modeli olsa da, rusların öz heyətlərinə verdiyi texnikalar müəyyən mənada fərqlidir. Bir sözlə, özləri istifadə edəcəkləri tankların mühərrik həcmin1300-ə at gücünə qədər artırıblar”.

Polkovnik bunun həm də reklam xarakterli olduğunu deyərək, yarışa hazırlaşan tankçılara bu cür qeyri-bərabər imkanların fonunda necə davranmağın yollarını öyrədir.

Əslində, “Tank biatlonu”nun bir oyun olduğunu xatırladan polkovnik Sakit Verdiyev komandaların bir-birinə rəqib olduğunu, amma burada Ermənistan hərbçilərinin də iştirakını nəzərə alıb daha diqqətli və məsuliyyətli olmağı tövsiyyə edir tankçılara.

İstənilən normativ üzrə Ermənistan komandasından öndə olmaq tankçılarımız üçün böyük əhəmiyyət daşıyır. Bu il Azərbaycan tankçıları Ermənistan komandası eyni qrupda yarışacaq. Amma erməni tankçıların real potensialı azərbaycanlı həmkarları, rəqibləri və düşmənlərindən kifayət qədər aşağıdır. Bunu son 4 ilin nəticələri də sübut edir.

Azərbaycan komandasının üzvü, leytenant Əvəz Səmədzadə deyir ki, yarışda yüksək nəticələr əldə edəcəklərinə əmindir. Bu il bütün heyətin mükəmməl şəkildə hazırlaşdığını misal çəkən gənc zabit, qarşılarına qoyulmuş vəzifənin öhdəsindən layiqincə gələcəklərini ifadə edir. Tanka oturanda keçirdiyi hissləri heç cür izah edə bilməyəcəyini bildirən leytenantın təbirincə desək, biatlon adi bir yarışma olsa da, məsuliyyəti döyüş qədər ağırdır: “Əgər tank döyüşündə neçə-neçə insanın həyatını qorumağa çalışrsansa, tank yarışında da ölkənin adını, onun şərəfini qoruyursan”.

Leytenant Səmədzadə ötənilki yarışları televizor vasitəsi ilə izlədiyini deyir. Həmin biatlonda erməni tankçılarının hansı səviyyədə olduğuna xüsusi diqqət yetirən tankçı zabit, erməni hərbiçilərin builki hazırlığında da irəliyə doğru ciddi dönüş olacağına inanmadığını deyir.

Yarışa hazırlaşan tankçılar təlimləri məhz yarış xarakterli keçirlər. Yəni komandanın tərkibində olan heyətin dördü də normativlərin icrasında bir-birini üstələmək uğrunda mübarizə aparırlar. Bu isə, heyət üzvlərinin hər mənada cəld və səhvsiz döyüş aparmaq qabiliyyətini təkmilləşdirir.

“Tank snayperi” kimi məşhur olan tankçı baş gizir Məftun İbrahimov yenə yarışlara hazırlaşır. Onun heyəti olan tank təlim-döyüş xəttindədir. Şərti düşmənə atəş açır. Nəticə yenə əladır. Təlim-yürüş-atəş dövrəsini başa vurub çıxış xəttinə qayıdan tank dayanır. Heyət “dəmir pələng”i texniklərə təhvil verir. Qısaca həmsöhbətimiz olan baş gizir Məftun İbrahimov deyir ki, bu il də komandanın yüksək nəticələrə çatması üçün əlindən gələni etməyə fiziki və mənəvi cəhətdən tam hazırdır.

Heyətlərdən birinin tank komandiri gizir Amil Əliyev də deyir ki, yarışlarda tankçılar dəqiq atəş açmaqla yanaşı yüksək sürət, mövcud olan və ya yaradılacaq bütün maneələrin dəf edilməsi təlimlərini keçirlər. Kompleks şəkildə əvvəlcədən hazırlanan təlim proqramının dəqiq icrası üçün sərt nəzarət var. Ötən yarışlarda Azərbaycan tankçılarının finala çıxan komandadan geri qalmasına yalnız müddət normativlərinin icrasında gecikmək səbəb olmuşdu. Bu halın növbəti yarışda təkrarlanmamsı üçün dayanmadan məşqlər edilir.

Gənc hərbiçi deyir ki, ötən yarışlarda hətta nüvə silahına malik ölkələrin tankçılarının Azərbaycan tankçılarından geri qalması qürurvericidir.

Azərbaycan hərbçiləri Bakıda “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrinə hazırlaşırlar. Bütün bu sahələrdə ciddi məşqlər aparılır.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov da məşqlərlə maraqlanmaq üçün poliqondadır. Məşğələləri müşahidə edən general-leytenant cavabdeh zabitlərə, məsul hərbiçilərə daha çox nələrə diqqət yetirməyə, təlim proqramının icrasına dair müəyyən tapşırıq və tövsiyyələr verir.

Daha sonra isə yarışlara hazırlaşan snayperlərin məşqləri ilə maraqlanır, cavabdeh zabitlərlə hazırlıq prosesinin gedişatına dair müzakirə aparır.

Snayper yarışlarının qaydalarına görə, silahlar təşkilatçı ölkə tərəfindən verilir və yarışa qatılanların hamısı SVD snayper tüfəngindən atır.

General-leytenant Nizam Osmanovun zabitlərlə söhbətindən məlum belə məlum olur ki, Azərbaycan Ordusunun arsenalında olan milli snayper tüfəngləri ilə yarışlara qatııla bilsələr, azərbaycanlı snayperlərin qələbəsi şəksiz olar.

Əvvəlki yarışlarda iştirak edən H.L deyir ki, indiyədək qatıldıqları təlimlərdə çox mühüm təcrübələr əldə ediblər. Fərdi və komanda tərkibində cütlük şəklində gerçəkləşdirilən yarışda finala dörd komanda qalır və yekun mübarizənin qalibi bu komandalardan biri olur. Əvvəllər heç vaxt yarış atışlarında iştirak etmədiyini deyən snayperimizin sözlərinə görə, indi istər ayaq üstə, istər dizi üstə, istər uzanaraq, istər qaçaraq, istərsə də hansı formada atəş açmaq qabiliyyətlərini tam formalaşdıra biliblər.

İlk illərdə yarışlara qatılanda həyacanlarının və başqa müəyyən problemlərinin olduğunu deyən H.L bildirir ki, qatıldıqları yarışlarda bu kimi çətinliklərin hamısını aşa biliblər. Erməni snayperlərlə müqayisəyə gəlincə, o deyir ki, düşmən tərəfinin snayperləri həmişə uğursuz nəticələri ilə bizdən çox geridə qaldıqlarını ortaya qoyublar.

Yarışlara qatılacaq digər snayper, V.Q isə deyir ki, əsas hava şəraitinə uyğunlaşmaqdır ki, bu da yarışda xüsus rol oynayır. Hədəfi vurmaq baxımından heç bir problem olmayan Azərbaycan snayperləri ən çox atışın vaxt normativinə görə gecikdikləri üçün geri qalıblar. Bu da ərazinin və hava şəraitinin yad olmasından irəli gəlir. Hansı ki, ərazini və iqlimi öyrənmək üçün yetərincə vaxta ehtiyac olur.

Biz, təlim poliqonundan geri qayıdırıq. Hərbiçilərin hazırlıq prosesi isə davam edir. Ümid edirik ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları yaxın vaxtlarda yola düşəcəkləri yarışlardan ən yüksək nəticələrlə geri dönəcəklər. Çünki, bizi qarşıda gözləyən zəfər günü var. Ona çatmaq üçün isə tam hazırlıqlı olmalıyıq. Necə deyərlər: “Təlimdə tər tökənin, döyüşdə qanı tökülməz…”

Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu-2019   Azərbaycan   Qələbə  

“Dəmir pələng”lərin yarışına hazırlıq, döyüşə bərabər təlimdən qalib qayıtmaq eşqində olanlar…

2019/07/67251-1563613062.jpg
Oxunub: 1647     12:22     20 İyul 2019    