Əli Əhmədov maaşının yarısını rəsmən Orduya köçürdü

2019/06/Əli--1561726468.jpg
Oxunub: 7884     17:22     03 İyul 2019    
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün aylıq əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

YAP-dan Ordu.az-a verilən xəbərə görə, Əli Əhmədovun bu təşəbbüsünü alqışlayan Yeni Azərbaycan Partiyasının üzvləri, eləcə də partiyanın üzvü olmayan insanlar Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasında iştirak edirlər.

Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri kütləvi şəkildə bu təşəbbüsə qoşularaq Azərbaycan Ordusuna yüksək dəstək nümayiş etdirirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əli-Əhmədov   Ordu  


Bizi "telegram"da izləyin