Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, rəsmi İrəvan “Paris Air Show-2019” hərbi texnika sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Fransanın “Nexter”, “Thales” kimi nəhəng hərbi şirkətləri arasında danışıqlardan ciddi narahatlıq keçirib.
Ermənistan, həmçinin KTMT-yə üzv ölkələrin də Bakı ilə hərbi-texniki sahəsində əməkdaşlığından narahat olduğunu bəyan edib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan jurnalistlərə bildirib ki, rəsmi İrəvan Fransa şirkətlərinin Bakıya tədarük edəcəyi hərbi texnikanın Qarabağda istifadə olunmayacağına ümid edir.
Lakin erməni rəsmisi sadə həqiqəti unudub ki, dünyada hərbi-texniki əməkdaşlıq sahəsində bağlanılan müqavilələrdə bu cür şərtlər qoyulmur.
Alpər Mövludoğlu
Ordu.az