ANAMA: 6 ay ərzində 1637 ədəd partlamamış hərbi sursat aşkar edilib

2019/07/gf85f-1562147428.jpg
Oxunub: 17797     14:34     03 İyul 2019    
01 yanvar - 03 iyul 2019-cu il tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən 129 siqnal (əməliyyat çağırışı) əsasında 112 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Agentlikdən Ordu.az -a verilən məlumata görə, Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib.

1637 ədəd partlamamış hərbi sursat (PHS), 16236 ədəd müxtəlif çaplı patron, 11 ədəd piyada əleyhinə mina, 12 ədəd tank əleyhinə mina və 30 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 126,745 kv.m ərazi yerüstü və 8,602 kv.m ərazi yeraltı yoxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Qumbara   Silah  


Bizi "telegram"da izləyin