Əsir düşməmək üçün özlərini partladan 7 kəşfiyyatçının anım mərasimi keçirilib - FOTOLAR

2019/04/56539-3109808194.jpg
Oxunub: 2443     17:47     10 Aprel 2019    
1997-ci ilin aprel ayında düşmənlə döyüşdə təslim olmayaraq sonuncu qumbaraları ilə özlərini partlatmış Azərbaycan Silahlı Qüvvələrinin 7 kəşfiyyatçısının şəhadətinin 22-ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib.

Ordu.az xəbər verir ki, bu münasibətlə şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları II Fəxri Xiyabanda onların məzarını ziyarət ediblər.

Belə ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla işğal altında olan ərazilərə göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıdıb, lakin ikinci qrupu bir erməni görüb. Bundan sonra döyüş başlayıb. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb.

Üç gün ərzində cəsur kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. 8 nəfər heyətdən ibarət olan qrupun yeddinci üzvü şəhid olub, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb. Erməni məhkəməsi Aqilə güllələnmə cəzası kəsib. Ancaq mərhum Prezident Heydər Əliyevin apardığı danışıqlardan sonra Aqili dəyişmək mümkün olub. Yeddi şəhidimizin nəşi isə düşməndən alınaraq Bakıdakı II Şəhidlər xiyabanında dəfn edilib.

Foto: Elvin Abdulla
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Şəhid   Kəşfiyyat  

Əsir düşməmək üçün özlərini partladan 7 kəşfiyyatçının anım mərasimi keçirilib - FOTOLAR

2019/04/56539-3109808194.jpg
Oxunub: 2444     17:47     10 Aprel 2019    