Xüsusi təyinatlımızın anım günü keçirilib - FOTOLAR

2019/04/56384-7771881375.jpg
Oxunub: 1521     15:09     04 Aprel 2019    
Aprel döyüşləri zamanı şəhid olmuş Dilsuz Qarayevin anım günü keçirilib.

Ordu.az-ın Qarabağ bürosunun xəbərinə görə, anım günündə rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri, qazilər və şəhid ailələrinin üzvləri, şəhidin yaxınları, həmçinin hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

Şəhidin məzarı önünə əklil və gül dəstələri qoyulub, anım duruşu nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, aprel zəfəri, gələcəkdə böyük qələbəyə aparan yoldur. Bu yolu uğurla davam etdirmək isə, hər bir Azərbaycan gəncinin vəzifəsidir.

Şəhidin dayısı Elşad Əliyev isə öz çıxışında bildirib ki, biz təsəllini onda tapırıq ki, bu igidlər əbəs yerə canlarını verməyib: "Torpağımızın bir qismini düşmənlərdən azad etdi. Təsəllimiz bundan irəli gəlir ki, şəhidlərimizin qanı əbəs yerə tökülməyib".

Çıxış edənlər, Dilsuz Qarayev və onun döyüş yoldaşlarının uzun illərdən sonra, Vətən torpağının bir hissəsinin düşməndən geri alınmasının xalqımızda ruh yüksəkliyi yaratdığını bildiriblər.

Qəsəbə məktəblilərinin hazırladığı şeir kompozisiyası anım mərasimində duyğulu anlara səhnə olub.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Dilsuz Qarayev 2016-cı ilin aprel 4-də Tərtərin Talış yüksəkliyində gedən döyüşlər zamanı şəhid olub.

Daşqın Güneyli, Ağcabədi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Dilsuz-Qarayev   Şəhid   XTQ  

Xüsusi təyinatlımızın anım günü keçirilib - FOTOLAR

2019/04/56384-7771881375.jpg
Oxunub: 1522     15:09     04 Aprel 2019    