Ordu.az-ın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə Tərtər rayon ictimaiyyətinin nümayəndələri, ərazidə yerləşən hərbi hissələrin şəxsi heyəti, xüsusilə ordu birliyinin komandanı, general-mayor Hikmət Həsənov, idarə, müəssisə və təşkilatların nümayəndələri, Qarabağ müharibəsi iştirakçıları, müharibə əlilləri və şəhid ailələrinin üzvüləri iştirak ediblər.
Tədbirdə iştirak edən qazilərin isə ən böyük istək və arzuları, tezliklə Ali Baş Komandanın VUR əmri ilə müharibənin başlamasıdır.
"Qarabağ qaziləri, veteranları, şəhid ailələri bu gün cəbhə bölgəsində yaşasa da, xüsusi günləri unutmur, yada salır. Hazırda da ermənilərin bənzər vəhşilikləri, işğal siyasəti davam edir. Biz torpaqlarımızın müharibə yolu ilə qısa müddətdə azad olunmasını istəyirik", - deyə Qarabağ qazisi Suliddin Yusifov qeyd edib.
Daşqın Abdullayev
Ordu.az