Avstraliyada PUA-larla bağlı yeni tələblər

2019/03/Black-1553778942.jpg
Oxunub: 15328     17:32     28 Mart 2019    
Avstraliya Aviasiya Təhlükəsizliyi Təşkilatı (CASA) ölkədə 250 qramdan çox ağırlığı olan pilotsuz uşuş aparatlarının (PUA) istifadəsi ilə bağlı yeni tələblər irəli sürüb.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilir ki, bundan sonra ölkə ərazisində 250 qramdan ağır PUA-ların uçuşu qadağan ediləcək.

Həmçinin məlumatda qeyd olunur ki, yüngül PUA sahibləri cari ilin iyulun əvvəlindən xüsusi lisenziya almalı olacaqlar.

İnci Rzayeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   PUA  


Bizi "telegram"da izləyin