Qarabağdakı qanunsuz hərbi birləşmədə vəziyyət kəskinləşir – Erməni zabit etiraz etdi

2019/03/image-1553777987.jpg
Oxunub: 18360     20:57     28 Mart 2019    
İşğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunan “N” saylı hərbi hissənin şəxsi heyətlə iş üzrə “komandir müavini”, polkovnik-leytenant Ara Kamalyanı hərbi xidmətdən xaric edirlər.

Ordu.az xəbər verir ki, “Hraparak” qəzetinə verdiyi müsahibəsində Ara Kamalyan qondarma qurumun hərbi birləşmə komandirinin şəxsi heyətlə iş üzrə müavini “Zampalit armiya” general-mayor Vardan Balayanın onu ordudan kənarlaşdırmaq istədiyini bildirib.

Onun bildirdiyinə görə, tezliklə Vardan Balayanın özünü təqaüdə göndərəcəklər. Kamalyan qeyd edir ki, “zampalit armiya” ona qulluq edənləri sevir və ona qulluq etmədiyinə görə orduda son pisliyini həyata keçirmək niyyətindədir.

Qeyd edir ki, aralarındakı münaqişə oktyabrın 1-də xidmət etdiyi hərbi hissədə (36534 nömrəli hərbi hissə, 18 motoatıcı diviziyanın 2 motoatıcı alayı (şərti adı Martuni-2)) əsgərin özünü asması və qondarma qurumun hərbi birləşmə “komandiri”nin əmri ilə vəzifəsinin aşağı salınmasına dair verilən əmrin icra edilməməsidir. Belə ki, özünü asaraq intihar edən əsgərə görə Kamalyanın və hərbi hissə komandirinin digər müavini barədə vəzifəsinin aşağı salınmasına dair qondarma qurumun hərbi birləşmə “rəhbərliyi”nin əmri olsa da, Ermənistan Müdafiə Nazirliyi tərəfindən aparılan araşdırmada günahları sübuta yetirilmədiyi üçün onlara qarşı bu əmrin tələbləri tətbiq edilməyib.

Balayan isə buna görə onunla prinsip aparmağa başlayıb, indiki vəzifəyə başqasını təyin etmək niyyəti boşa çıxıb. Hazırda isə hər yerdə onu səhlənkar zabit kimi təqdim etməyə çalışır. Hazırda müqavilə müddəti başa çatsa da, xidmətin davam etdirilməsi üçün onunla yeni müqavilə imzalanmasından imtina edilir.

O bildirib ki, toplanışlardan biri zamanı qondarma qurumun hərbi birləşmə “rəhbərliyi”nə problemini bildirməsinə baxmayaraq, hələ də cavab yoxdur. Ara Kamalayan evinin təmiri üçün ayda 205 min dram kredit ödədiyini, sosial vəziyyətinin ağır olduğunu qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   İstefa  


Bizi "telegram"da izləyin