Bakıda “Dəniz Kuboku - 2019” müsabiqəsinin planlaşdırma konfransı keçirilib

2019/03/6f8d4-1553777234.jpg
Oxunub: 20409     16:46     28 Mart 2019    
Martın 28-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku-2019” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan, Rusiya və Qazaxıstanın nümayəndə heyətlərinin qatıldığı konfransda “Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.

“Dəniz Kuboku-2019”da iştirak edəcək ölkələrin nümayəndə heyətləri yarışların təşkilinə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəniz-Kuboku-2019   MN  


Bizi "telegram"da izləyin