“Kişilik çəkişmələri”: Dilicanın hərbi komissarının oğlu və atışmalar

2019/03/image-1553770650.jpg
Oxunub: 31113     15:03     28 Mart 2019    
Ermənistanın Dilican şəhər sakini 1989-cu il təvəllüdlü Davit Hakobyana qarşı 2016-cı il fevralın 9-da avtoyuma məntəqəsi yaxınlığında Segey Mikaelyan adlı şəxslə mübahisə etdiyinə görə ittiham irəli sürülüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu mübahisə zamanı D.Hakobyan S.Mikaelyanı sillə ilə vurub, daha sonra isə məsələni aydınlaşdırmaq üçün fevralın 11-də görüşmək qərarına gəliblər.

S.Mikaelyan bacısının həyat yoldaşı Yuri Sahakyanın idarə etdiyi “Nissan Teana” markalı avtomobillə saat 18:30 radələrində D. Hakobyanın yaşadığı məhəlləyə gedib. Mikaelyan görüşmək barədə Hakobyanın zəngini gözləməklə saat 22:00 radələrində təkrarən həmin məhəlləyə gedərkən, yolda rastlaşdığı D. Hakobyan qanunsuz yolla əldə etdiyi silahla Mikaelyanı öldürmək məqsədilə onun darə etdiyi “Nissan Teana” markalı avtomobilə 3 dəfə atəş açıb.

Yuri Sahakyan avtomobilin sürətini kəskin artıraraq hadisə yerindən uzaqlaşıb. Sergey Mikaelyan avtomobildəki avtomatdan 3-4 dəfə havaya atəş açdıqdan sonra zibil qabına atıb. Atışmada Sergey Miakelyan sol ayağından yaralanıb. 2017-ci il noyabrın 28-də keçirilən məhkəmədə hadisədə iştirakçı olmasına dair yetərli dəlil olmadığına görə D.Hakobyan günahsız hesab edilib.

Hakobyana qarşı seçilən həbs qətimkan tədbiri dəyişdirilərək, dərhal məhkəmə zalından azadlığa buraxılıb. Cinayət işi üzrə ittihamçı Nerses Çilinqaryan məhkəmə hökmündən şikayət verib və Hakobyanın şüurlu şəkildə öldürməyə cəhd, qanunsuz silah-sursat saxlamaqda təqsirli bilinməsini xahiş edib. Ötən il avqustun 28-də apelyasiya məhkəməsi şikayəti qismən təmin etməyə qərar verərək, Tavuş məhkəməsinin 2017-ci il 28 noyabr tarixli qərarını ləğv edib və Davit Hakobyana qarşı 9 il azadlıqdan mərhum edilmə hökmü çıxarıb. Kassasiya məhkəməsinə verilən şikayət isə icraata qəbul edilməyərək rədd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Anarxiya   Cinayət  


Bizi "telegram"da izləyin