Ağdamda Dövlət Təhlükəsizlik Xidmətinin 100 illik yubileyi qeyd olunub - FOTOLAR

2019/03/55674-4661303916.jpg
Oxunub: 27602     14:12     28 Mart 2019    
Ağdam Rayon Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin iclas zalında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Təhlükəsizlik Xidmətinin Ağdam Rayon Şöbəsinin rəhbərliyi və əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.


Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək respublikanın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında və ölkədə sabitliyin bərqərar olmasında Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rolunun əvəzedilməz olduğunu bildirib.


Tədbirdə digər çıxış edənlər Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan ətraflı söhbət açıblar.

Yekunda xidmətdə fərqlənmiş Dövlət Təhlükəsizlik Xidmətinin Ağdam Rayon Şöbəsinin bir sıra əməkdaşları Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.




Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DTX   Ağdam  


Bizi "telegram"da izləyin