F-35-lərdə ciddi nöqsanlar aşkar edilib? - HESABAT

2019/03/10690-1553762136.jpg
Oxunub: 28733     12:54     28 Mart 2019    
Belçika ordusunun ABŞ-a sifariş verdiyi F-35 təyyarələrində ciddi nöqsanlar aşkar olunub.

Ordu.az xəbər verir ki, bu barədə mərkəzi ofisi Vaşinqtonda yerləşən "POGO" adlı müstəqil bir araşdırma qrupu hesabat hazırlayıb.

Məlumata görə, "Lockheed Martin" şirkəti Belçikaya 8 min uçuş saatı barədə təminat verib. Hesabatda deyilir ki, bu qədər müddətə təyyarənin uçması qeyri-mümkündür.

14 səhifəlik hesabatda o da qeyd olunur ki, təyyarələr uçuş standartlarını yerinə yetirməyib, testlərdən uğurlu keçməyib və təyyarələrdə çatların yaranması müşahidə olunur.

Xatırladaq ki, Belçika 4 milyard avro qarşılığında 34 ədəd F-35 təyyarəsi sifariş verib. Təyyarələrin hamısı 2025-ci ilə qədər təslim ediləcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   Belçika  


Bizi "telegram"da izləyin