Ordu.az xəbər verir ki, Qafqazşünasların Elmi Cəmiyyətinin sədri Aleksandr Krılov "EADaily" nəşrinə verdiyi müsahibəsində görüşün gözləntiləri, mümkün proqnozlar və Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini bildirib.
Politoloqun fikrincə, cəbhədə nəzərəçarpan sakitçilik hökm sürür, bu erməni tərəfinin parçalanmasının davam etməsi və hərbi revanş üçün daha münbit şərait yaranması məqsədilə Azərbaycanın vəziyyəti gərginləşdirmək istəmədiyi ilə bağlıdır.
"Vaxtilə Qarabağın (qondarma qurum) danışıqlar masasından uzaqlaşdırılmasına razılıq verməklə Ermənistan söhbətin dövlətlərarası münaqişədən getdiyini qəbul edib və Azərbaycana işğal olunmuş ərazilər faktını sübut etməyə imkan verib", - deyə Krılov İrəvanın davranışlarının əsassız olduğunu ifadə edib.
O qeyd edib ki, danışıqlar prosesi uzun zaman dondurulacaq, çünki Paşinyan elə bir ideya ifadə edib ki, bu İlham Əliyev üçün qəbulolunmazdır.
"Yaxud görüşlər həmsədrlərin vasitəsilə növbəti görüş xarakteri ilə davam edə bilər. Danışıqlar prosesində irəliləyiş əldə edilməsi üçün əsas yoxdur, bunun üçün tərəflərdən birinin güzəştə getməyə hazır olması lazımdır. Lakin nə Əliyev, nə də Paşinyan buna getməyəcək", - deyə Krılov vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az