Ordu.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın prokurorluğundan yayılıb.
Bir qrup şəxs tərəfindən hərbi xidmətdən və ya onun ayrıca öhdəliklərini yerinə yetirməkdən hərbi qulluqçunun boyun qaçırması, ikinci cinayət işi isə rəis və ya vəzifəli şəxs tərəfindən hakimiyyət səlahiyyətini, yaxud rəsmi mövqeyindən sui-istifadə etməsi, fəaliyyətsizliyi, yaxud rəsmi səlahiyyətlərin həddini aşma maddələri üzrədir.
Xatırladaq ki, martın 23-də Ermənistan MN-in mətbuat katibi Artsrun Hovhanisyan öz “Facebook” səhifəsində yazıb ki, Sünik vilayətindəki hərbi hissələrdən birində intizamsızlıq və itaətsizlik etmə faktı qeydə alınıb və buna səbəb olanlar qanunla ciddi şəkildə cəzalandırılacaq. O, artıq bir neçə zabitin tutduğu vəzifələrdən azad edildiyini qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az