Erməni politoloq: “Bu məsələdə bütün məsuliyyəti Müdafiə Nazirliyi daşıyır”

2019/03/10913-1553755737.jpg
Oxunub: 10456     10:46     28 Mart 2019    
“Ordu alış-veriş, demokratiyanın irəliləyişi, əsgərin öz səsini ucalucaltdığı yer ola bilməz”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Taron Hovhanisyan Meğridəki hərbi hissədə baş verən hadisəni şərh edərkən bildirib.

Erməni politoloq qeyd edib ki, orduda qanun-qayda pozulubsa, ciddi cəzalandırılma olmalıdır.

“Bu məsələdə Ermənistan Müdafiə Nazirliyi məsuliyyət daşıyır. Bütün ölkələrdə orduda baş verən intizamsızlığa görə hansı cəza veriləcəyinə, hərbi qulluqçularla necə davranılacağına MN və Baş Qərargah qərar verir”, - deyə o narazılığını ifadə edib.

Artıq məlum olduğu kimi bir neçə gün öncə Ermənistanın Meğri şəhərindəki hərbi hissənin bir qrup əsgəri hərbi hissəni özbaşına tərk etməklə öz etirazlarını bildiriblər. Martın 17-də isə onlar əvvəlcə Qafanda və işğal altında olan Xankəndindəki intizam hərbi hissələrinə, oradan da ön xəttə aparılıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Özbaşınalıq   Meğri  


Bizi "telegram"da izləyin