Ermənistanda müqaviləli hərbçilər üçün qulluq 3 il əvəzinə 2 il ola bilər

2019/03/14580-1553694307.jpg
Oxunub: 22744     11:44     28 Mart 2019    
Ermənistan hökumətinin keçirdiyi iclasda qəbul edilən qərarlardan birinə əsasən hərbi qulluğun təşkil edilməsi sahəsində bir sıra dəyişikliklər ediləcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dəyişikliklərin qüvvəyə minməsi üçün Ermənistan parlamenti tərəfindən qanunun təsdiqlənməsi vacibdir.

Bu mənada aşağıdakı dəyişikliklərin edilməsi təklif edilir:

- Keçmişdə müqaviləli hərbi xidmətin müddəti 3 il təşkil edirdisə, bundan sonra 2 il müddətinə müqavilə bağlamaq mümkün olacaq;
- İlk dəfə müqaviləli hərbi xidmət üçün 36 yox, 40 yaşınadək olan mülki şəxslər də müraciət edə biləcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Hərbi-qulluq  


Bizi "telegram"da izləyin