Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində təhlükəsizlik və müdafiə komissiyasının iclasında Ermənistan hökümətinin 2018-ci il proqramının icrası və nəticələri haqqında hesabat məruzənin müzakirəsi zamanı “Mənim Adımım” fraksiyasının deputatı Tiqran Karapetyan, Müdafiə nazirinin müavini Qabriel Baıayana müraciətində danışıb.
“Xahiş edirəm, bu insanların əhatə dairəsi müəyyən edilsin. Mane olmasınlar, alınmayacaq”, - deyə bildirən deputat qeyd eedib ki, bu məsələdə kömək etməyə hazırdır.
Onun sözlərinə görə, 7 ildir istehsal üçün mübarizə aparan və hər dəfə rədd cavabı alan şirkət nəhayət bu il zirehli gödəkcələrin istehsalına nail olub. Deputat bildirib ki, bunun istehsalına Ermənistanda yol verməyənlər idxal hesabına böyük vəsait qazanır və yerli istehsala mane olurdular. İndi isə müqavilə imzalanıb, həmin insanlar idxala başlayıb, lakin tezliklə problemlər özünü büruzə verəcək.
Karapetyan qeyd edib ki, “Optikelektrik elmi istehsalat kooperativi” şirkəti üçün də problemlər yaratmağa başlayıblar. Belə ki onlar yenidən ixraca əl atmağa çalışırlar. O, bu məsələdə konkret adamların olduğu və məcbur qaldığı halda adlarını qeyd edəcəyini bildirib.
Hərbi təqaüdçülərin mənzil təminatında da problemlər olduğu qeyd edilib. Erməni deputat bildirib ki, Ermənistan MN-in yüksək vəzifəli şəxsinin 3 mənzili ola bilməz. Bu barədə mətbuatda da yazılıb və Qarnik Hayrapetyan adlı Ermənistan MN-in əməkdaşı barədə yazılanları yoxlamaq lazımdır.
Alpər Mövludoğlu
Ordu.az