“Ağır xəsarət alanlar hökumətə müraciətindən cavab ala bilmir” – Zöhrabyan

2019/03/34534-1553691197.jpg
Oxunub: 19790     16:50     27 Mart 2019    
Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan parlamentdə bəyanatların verilməsi zamanı mülki sakin Zaven Qriqoryan barədə danışıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, Ermənistan vətəndaşı Zaven Qriqoryanın bir il əvvəl, aprelin 16-da Bağramyan küçəsində baş verən dinc nümayişlər zamanı polislər tərəfindən xüsusi vasitələrin tətbiq edilməsi nəticəsində ciddi ağır bədən xəsarətləri aldığını, nəticədə hər şeyini itirdiyini söyləyib.

Bildirib ki, onun tikinti işi üzrə müqavilələri ləğv edilib, iflas olduğu elan olunub. Xəsarət alan vətəndaş 1 ildir ki, sağlamlığını bərpa etməyə çalışır. Bütün hökumət qurumlarına müraciət etsə də, heç bir cavab almayıb. Hazırda həmin vətəndaş kəskin leykoz xəstəliyi ilə qan köçürmə institutunda müalicə olunmaqla bir neçə xəstəliyə tutulub.

Ermənistan parlamentində çıxışı zamanı Zöhrabyan qeyd edib ki, həmin vətəndaş yəni Zaven Qriqoryan bütün şirkətlərlə bağladığı müqavilələrini ləğv etməli olduğundan, iflasa uğrayıb. Çünki müalicə məqsədilə bir ildir ki, xəstəxanaları gəzir.

Zöhrabyan inqilab zamanı avtomobilləri zərər çəkən vətəndaşlara kompensasiya veriləcəyinə dair vədlər olduğunu xatırlatmaqla, inqilab naminə sağlamlığını itirən Ermənistan vətəndaşına görə kimin məsuliyyət daşıyacağını sual edib?

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Zorakılıq  


Bizi "telegram"da izləyin