Prezident Naxçıvanın DTX əməkdaşlarını təltif etdi

2019/03/14800-1553690913.jpg
Oxunub: 11317     16:47     27 Mart 2019    
Prezident İlham Əliyev martın 27-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Ordu.az xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları da var.

Prezidentin sərəncamı ilə Kazımov Füzuli Şahsuvar oğlu “Vətən uğrunda” medalı ilə, Teymurov Elşad Elşən oğlu “İgidliyə görə” medalı ilə və Vəliyev Heydər Vəli oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə fərqləndiklərinə görə təltif ediliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   Naxçıvan   DTX  


Bizi "telegram"da izləyin