Ordu.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyinə təbrik ünvanlayıb.
"Müstəqil Azərbaycan Respublikasının milli təhlükəsizliyinin etibarlı təminatında, dövlətçiliyimizin daha da möhkəmləndirilməsində, beynəlxalq miqyaslı terrorizm və transmilli cinayətkarlığa qarşı təsirli və səmərəli mübarizənin aparılmasında, ölkəmiz əleyhinə yönəlmiş təxribatların qarşısının alınmasında Sizin rəhbərliyinizlə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının layiqli töhfəsi vardır.
Sizə və rəhbərlik etdiyiniz kollektivin hər bir üzvünə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bundan sonra da xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram", - deyə təbrikdə qeyd olunub.
Ordu.az