Yeğiazaryandan Paşinyana: “Agentlərdən danışmaq istəyirsənsə, özündən başla”

2019/03/12468-1553688471.jpg
Oxunub: 9260     16:06     27 Mart 2019    
“Artıq inqilabın bir ili tamam olsa da, heç bir şey nəinki dəyişməyib, hətta pisliyə doğru gedib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Qurqen Yeğiazaryan keçirdiyi mətbuat konfransı zamanı bildirib.

“Nikol onun hakimiyyətə gəlməsi ilə həyatın dayanacağını düşünürdüsə, yer kürəsi dövr etməyəcəkdi, o zaman o, çarəsiz səhv edirdi. O, ölkədə böhranı daha da dərinləşdirir və bir neçə aydan sonra biz cinayət qeydə almış olacağıq. O, pis vəziyyətdədir və allah etməsin ki, bu pis vəziyyət Ermənistana da təsir etsin”, - deyə qeyd edib.

Qurqen Yeqiazaryan əmindir ki, əgər Paşinyan Ermənistanın xarici agentlərlə dolu olduğunu bəyan edirdisə, ilk növbədə özündən başlamalıdır.

“Əgər agentlərdən danışırsansa, ilk növbədə özündən başla ki, sən kimsən? Mən bunu bir aktyorun tamaşası hesab edirəm. Bu tamaşanın ssenarisi orta səviyyədən bir az yuxarı yazılıb. Bunun ssenari müəllifləri bir neçə nəfər olub. Əsas ssenari müəllifi xanım Larisadır. Xanım Larisa da inqilabın kökündə durduğunu deyir. Əgər Baş nazir qürurlu vətəndaş qarşısında səmimi olarsa, o zaman onun kim olduğu aydın olar”.

Xatırladaq ki, İrana səfəri zamanı Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistanda xarici agentlər var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Agent  


Bizi "telegram"da izləyin