Hindistanın raketi yerə yaxın orbitdə peyki vurub

2019/03/bc458-1553683878.jpg
Oxunub: 25338     14:50     27 Mart 2019    
"Hindistanda hazırlanan raket 3 dəqiqədən az zamanda yerə yaxın orbitdə peyki vura bilib".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Hinidistanın Baş naziri Narendra Modi televiziya kanalında çıxışı zamanı deyib.

O, ölkədə istehsal edilən raketlə yer orbiti ətrafında olan peykin vurulması sınağının uğurla həyata keçirildiyini qeyd edib.

"Hindistan indi nəhəng kosmik ölkədir. Hindistanda hazırlanan raket 3 dəqiqədən az zamanda yerə yaxın orbitdə peyki vura bilib", - deyə Modi vurğulayıb.

İnci Rzayeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Peyk   Sınaq  


Bizi "telegram"da izləyin