Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Qüvvələri məlumat yayıb.
Məlumata görə, Milli İstihbarat Təşkilatı və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdiyi əməliyyatda martın 21-də PKK terror təşkilatının lideri Cəmil Bayıkın ən yaxın adamlarından Rza Altun və yanındakılar Kandilə hava hücumu nəticəsində zərərsizləşdirilib.
Əməliyyatda aralarında PKK-nın xarici əlaqələr nümayəndəsi "Navdar" kod adlı Mikayıl Özdemir, mətbuat katibi "Serhat Varto" kod adlı Əmrullah Dursun və Kandil bölgəsinin münayəndəsi "Sinan Sor" kod adlı Əli Aktaşın olduğu təşkilat üzvləri də zərərsizləşdirilib.
İnci Rzayeva
Ordu.az