Erməni əsgər xidmət yolaşını zorladı: Zərəçəkən tələbinin olmadığını bildirir

2019/03/23423-1553668747.jpg
Oxunub: 24783     10:38     27 Mart 2019    
Erməni hərbi qulluqçu yatan digər əsgər yoldaşına qarşı seksual xarakterli hərəkətlər edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sünik vilayət məhkəməsində erməni hərbi qulluqçu S.X-ya qarşı məhkəmə istintaqı başa çatıb.

İttihama əsasən, 1999-cu il təvəllüdlü, sıravi S.X adlı hərbi qulluqçu 18 noyabr 2018-cu ildə 00:30 radələrində gecəyarısı "Yat" komandasından sonra bölüyün yataq otağında olmaqla yan çarpayıda yatan digər hərbi qulluqçunun iradəsinə zidd şəkildə ona qarşı seksual xarakterli hərəkətlər edib.

Seksual hərəkətlərə yol verən hərbi qulluqçu S.X-yə qarşı həbs qəti imkan tədbiri olaraq, o, hərbi hissə komandirinin nəzarətinə verilib. Zərərçəkən tərəf isə hər hansı bir tələbinin olmadığını bildirib.

Məhkəmə hadisəni törədən hərbi qulluqçunun öz hərəkətlərini və səhvini etiraf etdiyini, yaxşı xasiyyətnamə verildiyini, törətdiyi hadisənin ictimai təhlükə xarakteri daşımadığını nəzərə alaraq, ona qarşı 3 il azadlıqdan mərhum edilməsi barədə qərar çıxarıb, həmçinin 1 il sınaq müddəti olmaqla şərti cəza tətbiq edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Zorlama  


Bizi "telegram"da izləyin