Şəhidimizin nəşi Qazaxa gətirilib - FOTOLAR

2019/03/55576-1553668900.jpg
Oxunub: 6879     10:11     27 Mart 2019    
Xəbər verdiyimiz kimi, ötən gün cəbhənin Füzuli rayonu istiqamətində düşmənin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, şəhid hərbi qulluqçumuzun nəşi bu gün səhər saatlarında doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kəndinə gətirilib. Dəfn mərasimi bu gün təşkil ediləcək.

Qeyd edək ki, Ə.Əlləzov 2018-ci ildə hərbi xidmətə yollanıb. İki qardaşdan biri olan Əlləzov, ailənin böyük övladı olub. O, iyul ayında xidmətini başa vuracaqdı.
















Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazax   Şəhid  


Bizi "telegram"da izləyin