Gürcüstan Müdafiə naziri azərbaycanlı əsgərləri təbrik edib - FOTOLAR

2019/03/2afc4325-445e-4a70-82fe-7015668d1ab3_1553178248.jpg
Oxunub: 1692     11:40     21 Mart 2019    
Gürcüstanın Müdafiə naziri Levan İzoria azərbaycanlı hərbçiləri Novruz bayramı münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

L.İzoria Müdafiə Qüvvələrinin Baş Qərargah rəhbəri, general-mayor Vladimir Çaçibaya ilə Marneulidə yerləşən aviasiya bazasına baş çəkib. Nazir azərbaycanlı əsgərləri Novruz bayramı münasibətilə şəxsən təbrik edərək onları şirniyyatlara qonaq edib.

Müdafiə naziri azərbaycanlı hərbçilərin valideynlərinə layiqli vətənpərvərlər kimi tərbiyələndirdiklərinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Müdafiə Nazirliyi həqiqi hərbi xidməti başa vuran azərbaycanlı əsgərlərin istəyi olacağı təqdirdə, gələcək karyeraları üçün imkanların yaradılmasına hazırdır: “Biz etnik azlıqlardan olan əsgərlərin müdafiə qüvvələrində maksimal inkişafı, inteqrasiyası, gürcü dilini daha yaxşı bilmələri və professional inkişafları üçün hər bir şərait yaradırıq”.

L.İzorianın qərarı ilə Novruz bayramı ilə əlaqədar 21 və 22 mart müsəlman hərbçilər üçün istirahət günü elan olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   Novruz-bayramı  

Gürcüstan Müdafiə naziri azərbaycanlı əsgərləri təbrik edib - FOTOLAR

2019/03/2afc4325-445e-4a70-82fe-7015668d1ab3_1553178248.jpg
Oxunub: 1693     11:40     21 Mart 2019    