Ermənistanın Razqildeyevlə bağlı istəkləri rədd edildi - O, hərbi bazada qalacaq

2019/03/12364-1552996894.jpg
Oxunub: 1004     16:12     19 Mart 2019    
Məhkəmənin qərarı ilə rus hərbi qulluqçu Andrey Razqildeyevin Ermənistanın cəzaçəkmə müəssisələrindən birinə köçürülməsi barədə qaldırılan iddia rədd edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün, öldürülən Gümrü sakini, Culiyetta Qukasyanın hüquqlarını müdafiə edən vəkillərin vəsadətinə Gümrü məhkəməsində baxılıb.

Erməni vəkil Arayik Zalyan qeyd edib ki, hadisə Ermənistan ərazisində baş verib, həmçinin hərbi qulluqçu Ermənistan ərazisi olan 102-ci hərbi bazada həbs edilib. O iddia edir ki, məhz buna görə də hərbi qulluqçu erməni tərəfinə təhvil verilməlidir.

Prokuror Mihran Martirosyan isə qeyd edib ki, ehtimal edilən təqsirli şəxs hərbi baza ərazisində həbs edilib, əməliyyat ilə erməni və rus həmkarların birgə səyi ilə həyata keçirilib.

O bildirib ki, hazırda hərbi qulluqçunun təhvil verilməsi RF konstitusiyasına ziddir. Onun hazırda 102-ci hərbi bazada olduğunu da əlavə edilib.

Zərərçəkənin vəkilləri məhkəməmin qərarından 10 gün ərzində şikayət vermə hüququna malikdir.

Qeyd edək ki, 2018-ci il dekabrın 2-də Culiyetta Qukasyan yaşadığı Gümrü şəhərində iş başında yol təmizləyərkən rus hərbi qulluqçu tərəfindən döyülüb və daha sonra aldığı xəsarətlərdən ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 102-ci hərbi bazanın hərbi qulluqçusu Andrey Razqildeyev həbs edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 102-baza   Qukasyan   Ölüm  

Ermənistanın Razqildeyevlə bağlı istəkləri rədd edildi - O, hərbi bazada qalacaq

2019/03/12364-1552996894.jpg
Oxunub: 1005     16:12     19 Mart 2019    