Ordu.az xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbədən "Hraparak"ın müxbirinin Sarkisyanın işğal altında olan Qarabağa gəlişi, "Təhlükəsizlik Şurası"nın iclasının keçirilməsi və təlimlərimizlə bağlı suallarına cavab olaraq bildirilib.
- Serj Sarkisyan Qarabağdan qayıdıb? O, Qarabağda nə edirdi?
- Yazdığınız kimi Levon Mnatsakanyanın oğlunun toyu, Vazgenin 60 illiyi kimi səbəblər vardı. Məbədlərə getdiyi də bildirilir.
- Niyə "Təhlükəsizlik Şurası"nın birgə iclasından bəzi detallar bəyanatda qeyd edilməyib, ümumi rəylər əks edilib?
- Bütün istiqamətlərdə çox geniş müzakirə aparılıb. Ermənistan-Qarabağ-Diaspor strateji layihələri də daxil olmaqla, hər şey müzakirə edilib. Aydındır ki, bunlar iqtisadi təhlükəsizlik olmadan baş vermir. Mövzuların yayımlanmaması üzrə razılaşma əldə edilib.
- Koçaryan barədə danışılmayıb?
- Təhlükəsizlik şurasında nə danışılmalı idi?
- İclasda iştirak edən qarabağlılar hansı təəssüratı alıb?
- Çox razı qalmışdılar, nə məsələ qaldırıblarsa, Nikol həll etməyə vəd verib. Ardınca da deyib ki, torpaqları qaytarmayacaq.
- Martın 15-də Azərbaycanın təlimləri başa çatdı. Azərbaycan ordusunu geri çəkib, yoxsa keçən dəfə olduğu kimi (2018-ci ilin aprelindən iyuna kimi) sərhəddə saxlayıb?
- Bu dəfə qoşun cəbhə xəttinə yaxın olmayıb, deyə bilmərik indi ordadılar, ya yox.
Alpər Mövludoğlu
Alpər Mövludoğlu
Ordu.az