Ermənistan MN-in avtomobili qəza törədib: Daha bir hadisənin gizlinləri açılır

2019/03/ff4a3-1552995094.jpg
Oxunub: 1153     20:28     19 Mart 2019    
Ermənistan Müdafiə Nazirliyinin 3,5 ton yüklə yüklənmiş “Zil” markalı avtomobili qarşı tərəfədən gələn “Opel” markalı avtomobilin üzərindən keçməklə, sürücü və sərnişinin ölümünə səbəb olub, həmçinin dərəyə yuvarlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Apelyasiya məhkəməsində Ara Elbakyanın apelyasiya şikayətinin istintaqına baxılması davam edir.

Hadisə baş verərkən 43 yaşlı Ara Elbakyan Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu, sürücü vəzifəsində olub. 2017-ci il sentyabrın 14-ü saat 21:45 radələrində Ara Elbakyan MN-in balansında olan “Zil” markalı avtomobili idarə edərkən, İrəvan-Gümrü yolunun 95-ci kilometrliyində yol hərəkət qaydalarının müvafiq tələblərini pozaraq, həmin hissədə yol verilən 30 km/saat sürət həddini aşıb. İttihama görə, eyni qaydada 60 km/saat sürət həddinə icazə verilən yerdə 71 km/saat sürət həddindən artıq hərəkət edib və avtomobilin tam idarəedilməsinə hakim ola bilməyib.

İttihama görə, sürət həddinin aşılması nəticəsində “Zil” markalı avtomobil əks yolun hərəkət hissəsinə çıxmaqla, qarşı tərəfdən gələn “Opel” markalı avtomobillə toqquşub, nəticədə isə dərəyə yuvarlanıb. “Opel” markalı avtomobillin 43 yaşlı sürücüsü M. Vardan və sərnişini 30 yaşlı B. Rostom aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. “Zil” markalı yük avtomobilində olan sərnişin, 51 yaşlı Q. Ananikin isə sağlamlığına orta ağır dərəcəsində ziyan dəyib.

“Zil” markalı avtomobilin sürücüsü 43 yaşlı Ara Elbakyan özünü təqsirli hesab etmədiyni bildirib. Şübhəli şəxs qismində dindirilərkən o bildirib ki, 2012-ci ildən müqaviləli hərbi qulluqçu olaraq “Zil” və “Kamaz” markalı avtomobillər idarə edir. 14 sentyabr 2017-ci il tarixində “Zil” və “Kamaz” markalı avtomobillərlə hərbi hissədən çıxaraq mərkəzi anbarlardan əmlak almağa yola düşüblər. MN-in mərkəzi anbarında məlum olub ki, “Kamaz” avtomobilində nasazlıq var. Özü və fəhlələr olan Ananik, Ruben idarə etdiyi “Zil” markalı avtomobili yükləyib, Gümrü şəhərinə doğru yola düşüblər.

Gümrü istiqamətinə hərəkət zamanı saat 21:30 radələrində yolun təmir gedən eniş hissəsinə çatdığını bildirib. Yolun iki dolayını keçdikdən sonra, üçüncü dolay üzrə hərəkət edərkən qəflətən qarşı tərəfdən gələn avtomobili gördüyünü qeyd edib. Həmin avtomobilin işıqları onun görmə qabiliyyətinə mane olduğundan, toqquşmadan yayınmaq üçün sükanı kəskin şəkildə sağa çəksə də, avtomobilin idarəetməsini itirməsindən qorxaraq, yenidən sol tərəfə çevirib.

Avtomobilə hakimiyyəti doğrudan da itirilməsi nəticəsində avtomobil sol tərəfə aşaraq, qarşı tərəfdən gələn “Opel” markalı avtomobilin üzərinə düşdükdən sonra həmin avtomobili keçməklə yerə dəyib, maneəyə çırpılıb və nəhayət dərəyə yuvarlanıb. Ara Elbakyan bildirib ki, idarə etdiyi avtomobil saz vəziyyətdə olub. Qəza baş verən anda avtomobildə 3,5 ton yük olub, hərəkət sürəti isə 40-50 km/saat olub. Enişdə isə vaxtaşırı əyləc sistemindən istifadə etdiyini deməklə, özünü sığortalayıb.

O, qəzanın baş verməsinə səbəb kimi avtomobilin sükanının kəskin şəkildə əvvəlcə sağa, daha sonra isə sola çevirməsini göstərib. Daha sonra məhkəmədə istintaqı zamanı qarşı tərəfdən gələn avtomobilin işıqlarının onu kor etdiyini və avtomobilin idaretməsini itirdiyini bildirib. Qarşı tərəfdən gələn yola çıxması, sürət həddinin 71 km/saat olması, “Opel” markalı avtomobilin üzərindən keçməsi kimi ittihamları qəbul etməyib.

Zərərçəkən Rostomun hüquqi varisi bildirib ki, dayısı oğlu olan Rostom 1988-ci il zəlzələsində valideynlərini itirib və onu özü saxlayıb. O, “Akba kredit aqrikol” bankında kredit şöbəsinin mütəxəssisi işləyib. “Opel”in sürücüsü isə Şimal-Cənub magistralının tikintisində işləyib. “Zil” markalı avtomobilin sürücüsü M. Vardanın isə qəza nəticəsində ölənlərin ailələrinə hər hansı yardım etmədiyi bildirilib.

Həmin vaxt yolda hərəkət edən digər avtomobillərin sürücüləri şahid qismində ifadə verərkən bildirib ki, “Zil” markalı avtomobil “Opel” markalı avtomobilin üzərinə aşıb, daha sonra maneəyə çırpılaraq dərəyə yuvarlanıb və ekspertiza yolu ilə baş verənlər təsdiqlənib.

Məhkəmə qərarı ilə “Zil” markalı avtomobilin sürücüsü, müqaviləli hərbi qulluqçu Ara Elbakyan təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. Ermənistan Müdafiə Nazirliyinə vurduğu ziyana görə, “Zil” markalı avtomobilin sürücüsü Ara Elbakyandan dövlət büdcəsinin xeyrinə, 1 milyon 990 min 034 dram vəsait tutulmasına da qərar verilib. Həmçinin Ara Elbakyan tərəfindən məhkəmə, ekspertiza xərcləri olaraq 142 min 800 dram vəsait də ödəniləcək. Apelyasiya şikayəti verən təqsirli və zərərçəkən tərəflər işin yenidən ilkin istintaq orqanına qaytarılması, yenidən istintaq aparılmasına dair vəsadət qaldırıblar. Tərəflər apelyasiya şikayəti tələblərini təqdim ediblər.

Məhkəmənin növbəti iclası martın 28-nə təyin edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qəza   Ölüm  

Ermənistan MN-in avtomobili qəza törədib: Daha bir hadisənin gizlinləri açılır

2019/03/ff4a3-1552995094.jpg
Oxunub: 1154     20:28     19 Mart 2019    